Restoran avadanlıqlarınız düzgün işləmirsə, qızdırmırsa, soyutmursa, elektrik və ya qaz sistemi nasazdırsa, avadanlıq səsli işləyirsə və ya ümumiyyətlə işə düşmürsə, peşəkar restoran avadanlıqlarının təmiri ustası xidmətimizdən yararlana bilərsiniz.
Ustalarımız sənaye mətbəx avadanlıqlarının diaqnostikası, təmiri, ehtiyat hissələrinin dəyişdirilməsi, yeni avadanlıqların quraşdırılması və texniki baxımı xidmətini həyata keçirirlər. Restoranlar, kafelər, otellər, şirniyyat sexləri, fast-food obyektləri, yeməkxanalar və digər ictimai iaşə müəssisələri üçün etibarlı və peşəkar həllər təqdim olunur.
Göstərilən xidmətlər: sənaye sobasının təmiri, konveksiya sobasının təmiri, pizza sobasının təmiri, fritöz təmiri, qril avadanlıqlarının təmiri, sənaye plitələrinin təmiri, restoran soyuducularının təmiri, dondurucuların təmiri, buz hazırlayan aparatların təmiri, sənaye qabyuyan maşınların təmiri, aspirasiya və havalandırma avadanlıqlarının təmiri, elektrik və qaz avadanlıqlarının diaqnostikası, ehtiyat hissələrinin dəyişdirilməsi və restoran avadanlıqlarına texniki xidmət.