Aspiratorunuz düzgün işləmirsə, səsi artıbsa, hava çəkmə gücü zəifləyibsə, ümumiyyətlə işə düşmürsə və ya işıqlandırması çalışmırsa, peşəkar aspirator ustası xidmətimizdən yararlana bilərsiniz.
Ustalarımız məişət və sənaye tipli aspiratorların diaqnostikası, təmiri, ehtiyat hissələrinin dəyişdirilməsi və yeni aspiratorların quraşdırılması xidmətini həyata keçirirlər. Mənzillər, fərdi evlər, restoranlar, kafelər, otellər, ofislər və digər kommersiya obyektləri üçün peşəkar həllər təqdim olunur.
Göstərilən xidmətlər: aspirator təmiri, mətbəx aspiratorunun təmiri, sənaye aspiratorunun təmiri, aspirator quraşdırılması, motorun təmiri və dəyişdirilməsi, fan sisteminin təmiri, filtrin dəyişdirilməsi, elektrik və idarəetmə platasının təmiri, sensor və düymələrin təmiri, işıqlandırma sisteminin təmiri, hava çəkmə problemlərinin aradan qaldırılması, havalandırma borularının yoxlanılması və aspiratorlara texniki xidmət.